Elmi əsaslara söykənən peşəkar yanaşma
Tibb Üzrə Fəlsəfə Doktoru
Üz-Çənə Cərrahı | İmplantoloq
Ağız-diş-çənə cərrahiyyəsi üzrə ixtisaslaşmış bir həkim olaraq məqsədim hər pasiyent üçün dəqiq diaqnostika aparmaq və elmi əsaslara söykənən müalicə yanaşması təqdim etməkdir.
Müayinə zamanı bütün mərhələləri aydın şəkildə izah edir və prosesi peşəkar standartlara uyğun aparıram. Səmimi və rahat ünsiyyət müalicə prosesinin daha anlaşılır və etibarlı olmasına kömək edir.
Davamlı inkişaf peşəkarlığın əsas şərtidir. Daim təkmilləşmək bir həkim üçün seçim deyil, məsuliyyətdir. Biliklərimi yeniləməkdə məqsədim hər zaman pasiyentlərimə daha təhlükəsiz, daha müasir və daha effektiv müalicə təqdim etməkdir.
İnvestisiya ilk növbədə öz biliyə və pasiyentin sağlamlığına edilir. Bu sahədə yeni nəsil avadanlıqlar, sertifikat və davamlı təhsil, rəqəmsal texnologiyalar — bunların hamısı pasiyent xidmətinin keyfiyyətini artırır.
Stomatoloji fakültəni uğurla bitirdi. Əsas stomatoloji bilik və bacarıqların formalaşması.
Ağız-Diş-Çənə Cərrahiyyəsi ixtisası üzrə Tibb Üzrə Fəlsəfə Doktoru dərəcəsini aldı. 7 il ərzində ixtisaslaşmış klinik və elmi təcrübə qazandı. İmplantologiya, sümük augmentasiyası, yumşaq toxuma cərrahiyyəsi sahələrində dərin bilik əldə etdi.
Bakıda öz praktikasını davam etdirir. Dental implantasiya, sinus lift, sümük augmentasiyası, yumşaq toxuma cərrahiyyəsi və digər müasir prosedurları icra edir.
Yumşaq toxuma cərrahiyyəsi, estetik diş əti bərpası, digital stomatologiya mövzularında nəzəri və praktiki kurslar təşkil edir. Həmkarlarının peşəkar inkişafına töhfə verir.
ATV kanalının „Sağlam Gün Ay" proqramında həkim-ekspert qonaq olaraq ağıl dişləri, diş əti çəkilmələri, tam dişsiz çənələrdə implant tətbiqi və digər mövzularda müzakirələr apardı.
Geniş spektrli ağız-çənə cərrahiyyəsi prosedurları
Tək diş implantı, çoxlu implantlar, dərhal yükləmə (immediate loading), All-on-4, All-on-6 konstruksiyalar.
Açıq və qapalı sinus lifting. Üst çənədə implant üçün sümük bazasının yaradılması.
Vertikal və horizontal sümük artırma, autogen sümük grefti, guided bone regeneration (GBR).
Connective tissue graft, sərbəst diş əti grefti, tunnel texnikası, diş əti çəkilmələrinin cərrahi müalicəsi.
Gingivektomiya, tac boyu uzatma, lip repositioning, gingival peeling, gummy smile korreksiyası.
Ağıl dişi çıxarılması, apikal rezeksiya, frenektomiya, gömülü dişlərin çıxarılması, bruksizm müalicəsi.
Straumann, Nobel Biocare, Geistlich, VESTA Academy, OHi-S kimi prestijli təşkilatlardan 15+ sertifikat
Müalicə planınız haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Randevu Al